Şəhidlərimiz unudulmur…

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri şəhid Elbrus Nadir oğlu Hüseynovun şəhadətinin ildönümünü onun məzarı başında qeyd ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat verib.

Həbib Hüseynov bildirib ki, bölgə veteranları şəhid Elbrus Hüseynovun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edərək gül qoymuş və ruhuna dualar oxumuşlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: