İran yük maşınlarının Qarabağa girişini qadağan etdi

İran Magistral Nəqliyyat və Nəzarət Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi qərarda iranlı sürücülərin və vətəndaşların Azərbaycan Respublikasının Qarabağ və Laçın bölgələrinə girməsinin qadağan edildiyi bildirilib.  

Qərara əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətləri tərəfindən daşıma sənədlərinin verilməsi qadağandır.  

Azərbaycan Qafan-Gorus marşrutunun təxminən 20 kilometrini nəzarət altına aldıqdan sonra bu yol üzərində nəzarət-buraxılış məntəqələri quraraq Ermənistana yük daşıyan iranlı sürücülərdən vergi almağa başlamışdı.

Mənbə: Mehr

Bu xəbəri paylaşın: