Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Aİ Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən iclasından sonra açıqlamalar verib.
Borrel jurnalistlərin sualına «Türkiyənin Avropa gəmilərinə təcavüzü qəbuledilməzdir» deyərək, Aİ xarici işlər nazirlərinin bu cür hərəkətlərin yayda davam edəcəyi təqdirdə vəziyyəti təhlil etməyi və Avropa Şurasının qiymətləndirməsinə təqdim ediləcək fəaliyyət təkliflərini ehtiva edən bir tədbir görməyi qəbul etdiklərini xatırladıb.
Borrel bu sənədin qərar qəbul etmə prosesində ilk addım olduğunu vurğulayıb.
Aİ Maraşın açılması və «Nautical Geo» adlı araşdırma gəmisinin fəaliyyətinin bloklanması kimi məsələlərdə Türkiyəni tənqid edir.
Mənbə: Haber7
