
ELNUR SƏLİM
Redaktor
Qərb hər cür rəzilliyə gedən, riyakar, ikiüzlü, demokratiya pərdəsi arxasında siyasi iyrəncliklərlə məşğul olan siyasətçilərin yığnağıdır. Onun yaratdığı Avropa Komissiyası, ATƏT, AŞPA və s. qurumlar xislətcə madam Avropanın stunyorlarıdır.
Çünki 30 il ərzində 800 min insanın hüququnu görməzdən gələn bu vicdansız qurumlar, 40 minlik erməni toplumunun «pozulmuş» hüququndan dəm vurmağa başlayıblar. Bu şərəfsizliyi baş tacı edənlər bunca dağıdılmış kənd və şəhərləri, maddi-mənəvi tarixi abidələri görməzdən gələrək bizi vandalizmdə suçlamağa başlayıblar. Dağıdılmış on minlərlə müsəlman qəbirlərini görməyəcək qədər kor olan bu Avropa Komissiyasının əxlaqsız siyasətçiləri məzarların dağılmasından danışırlar. Bölgəyə 800 nəfərlik ilk terror dəstəsini və beynəlxalq terrorçu Monte Melkonyanı göndərənlər və maliyyələşdirənlər Azərbaycan xalqının öz hüquqları uğrunda mübarizəsinə qara yaxmaq kimi erməni yalanıyla bizi terrorçulardan istifadə etməkdə ittiham edirlər. Ən başlıcası bu problemə aldıqları rüşvətlər hesabına Kazimirovun uydurduğu hərbi həlli olmayan problem yarlığı vuran vicdansızlar, Türkiyənin beynəlxalq və bəşəri hüququn müdafiəsindəki dəstəyinə alçaqcasına etiraz bildirirlər.
Batmaqda olan Avropanın günəşidir. Bu sevdiyiniz və xislətcə sizlər kimi həyasız olan erməniləri sizlərə «hədiyyə» edirik. Aparın Parisdə, Berlində, Kopanhagendə, Berndə və istədiyiniz xarabanızda yerləşdirin. Biz bizim olanı aldıq və onu bir daha nə köpəklərə, nə də onun sahiblərinə yem etməməyə qərarlıyıq. Amma Qarabağda törədilmiş Xocalı soyqırımında, Qarabağın talan edilməsində erməni faşizminə dəstək verməklə birbaşa iştirak ediblər.
İndisə Avropa Komissiyası dünən Türkiyə ilə bağlı 2021 -ci il üçün bir hesabat dərc etdiyi hesabatı bir erməni siyasətçisinin şərh etməsini diqqətinizə çatdırmaq istəyirik.
Erməni news.am saytı yazdığına görə, Avropa Komissiyası dünən Türkiyə ilə bağlı 2021 -ci il üçün bir hesabat dərc edib və bu hesabata görə «Türkiyə islahatlarda irəliləyiş əldə etməyib və demokratiyadan geri çəkilməyə davam edib». Ankaranın Azərbaycanın «Dağlıq Qarabağdakı» hərbi səylərində hərbi və kəşfiyyat yardımı, silah və xarici döyüşçülərə yardım göstərməsində önəmli rol oynadığı qeyd edilir. Bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.
«Hesabat bunu da vurğulayır ki, nifrət hissi və nifrətdən doğan cinayətlər milli azlıqlar üçün ciddi problemdir (abidələrə və qəbiristanlıqlara qarşı vandalizm halları düzgün araşdırılmır);
Dərsliklərdə milli azlıqların bir hissəsi ilə bağlı ayrı -seçkilik mənbələrinə yenidən baxılmalı və milli azlıqlar üçün məktəblərə dövlət dəstəyi praktiki olaraq dayandırılmışdır;
Türkiyə Parlamentinin İnsan Haqları Komissiyası son zamanlar Ermənistanla Azərbaycan arasında baş verən müharibə zamanı insan haqlarının pozulmasını araşdırmaq üçün alt komissiya yaradıb (parlament müxalifətinin diqqətini bu məsələyə çəkirəm).
Hesabatın bu və bir sıra digər müddəalarından, ölkədə milli hakimiyyət olsaydı, ciddi surətdə istifadə oluna bilərdi.
Təəssüf ki, hesabatda Türkiyənin Erməni Soyqırımını qətiyyətlə inkar etməyə davam etməsi faktı qeyd edilmir (bu məsələyə parlament müxalifətinin diqqətini çəkirəm) ”, — deyə Aşotyan yazır.



