Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə, «pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırıla bilər».
Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda hökumətə gələn ilin dövlət büdcəsi layihəsində maaşlar və digər artımların təmin edilməsi üçün təkliflər hazırlamaq tapşırılıb.
İqtisadçı ekspertlərin qənaətinə görə bu sərəncamın indi elan olunması «əhaliyə ümid vermək məqsədi daşıyır.»
«Hazırda 2022-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr gedir. Vacibdir ki, gələn il sosial artımlarla bağlı büdcədə müvafiq vəsaitlər ayrılsın və əhali qısa müddətdə bu artımlardan faydalana bilsin».
Nazir müavini bunu APA-ya açıqlamasında bildirib.
O deyib ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur.
«Artımlar 1,8 milyon nəfəri əhatə edəcək»,- Anar Kərimov qeyd edib.
Mənbə: BBC
