- Xaqani Ədəboğlu
Son dövrlər bir çox vicdanlı araşdırmaçılar ilkin mövcudluğun və vahid dilin mövcud olması nəzəriyyəsini araşdıraraq türklərin üzərində dayandıqlarının hər kəs fərqindədir. Bəzən də çoxlarımız «bu qədər də olmaz»-deməyə məcbur oluruq.
Daşqın, tufan haqqında mifoloji əfsanələrə diqqət yetirək.
Prof. Dr. Saadettin Gömeç yazır: «Bugünkü Altay və Saxa Türklərinin inancında «Tufan əfsanəsi»nin çeşidli variantları mevcuddur. Altay Türklərinə aid Tufan əfsanəsini ilk dəfə rahib Verbitskiy təsbit etmişdir. Bu rəvayətlərə görə Tufandan öncə yer üzünün hakimi Tengiz Xan idi. Bu zamanda Nama adlı məşhur bir adam vardı. Tengri Ülgen buna Tufan olacağını, insanları və hayvanları qurtarmaq üçün bir gəmi düzəltməsiniı söylədi. Namanın üç dənə oğlu vardı. Oğullarına gəmini inşa etmələrini söyldi və Ülgenin öyrətdiyi şəkildə bir gəmi düzəldildi. İnsanlar və hayvanlar gəmiyə alındı. Göy üzünü sis alıb, yerin altından sular fışqırınağa başladı. Göy üzündən də yağmur yağırdı. Bir müddət sonra sular çəkilib, torpaq parçaları su üzünə çıxdı. Nəhayət gəmi bir dağın təpəsində oturdu. Suyun dərinliyini öyrənmək üçün Nama quzğun, qarga və sağsağanı göndərdi, fəqət bunlar dönmədi. Bundan sonra göyərçini yolladı və göyərçin dimdiyində bir budaq ilə geri döndü. Nama daha öncə göndərdiklərini görüb görmədiğini göyərçinə sordu. Göyərçin üçünün də bir leşə qonub dimdiklədiyini söylədi. Nama onlara qiyamətə qədər «leş ilə bəslənsinlər»- deyə bəd dua etdi.

Tufandan sonra Nama, Yayık Xan adıyla Tanrılar arasına girdi. Bir başqa Altay rəvayyətinə görə, yer yaradılmadan öncə su vardı. Ülgen bir gün suya baxarkən, üzərində üzən bir torpaq parçası gördü. Bu toprağın insan vücuduna bənzəyən bir görünüşü vardı və buna «kişi olsun» dedi. Torpaq da dərhal insan oldu. Ülgen buna Erlik adını verdi. Erlik bir müddət keçtikdən sonra, Ulgendən daha böyük və qüdrətli olmaq istədi. Nəhayət Ülgenə düşmən oldu. Insanlar da ağac budağındaki meyvələr kimi bitdi. Buradan əski Türk inancında mövcud maddələrə şəkil vermənin olduğu açıqca ortaya çıxmaqdadır. Fəqət «yoxdan var etmə» isə, hər halda Sami dinlərdən keçmiş olmalıdır».
Ən son din olan İslam və onun müqəddəs kitabı Qurani Kərim ilkin yaradılışı, yəni kainatın yaradılışını insanın gözü qarşısında qoyur və deyir: “Ərşi su üzərində olarkən hansınız daha yaxşı iş görər, deyə sizi sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur.» O, altı müxtəlif fazaya işarə edərək, “Su” sözü ilə maddənin maye halına işarə edir və başqa heç bir şeyin olmadığı zaman olan ilkin yaradılışı anlaya bilmək üçün bu mənzərə qurulur. Sonra deyilir: “Məgər kafirlər bunu görmədilərmi? Göylər və yer birləşik olduğu halda, Biz onları bir-birindən ayırdıq və hər bir canlını sudan yaratdıq. Hələ də inanmırlarmı?”
Günəş sisteminin əmələ gəlməsi və planetlərin dumanlıq adlanan qaz və toz buludundan yaradıldığı nəzərə alaraq, bütün canlılarda həyatın səbəbi olan suya işarə edilir və sadəcə bir suyun milyonlarla canlı bədəndə eyni üslubla bütün fərqli növlərin yaşamına səbəb olması önə çəkilir. Ona görə də qədim xalqlarda su ilə bağlı rəvayətlər oxşar şəkildə yayılıb. Yaradılışın başlanğıcı olan suyu bəzən də sonlanma kimi də nəzərdən keçiriblər.
Bu teoloji yaranış əfsanələrinin eyni bir kökdən olmalarını çağdaş elm sübuta yetirməkdədir. Saxa türkləri sami dinlərindən tam kənar qalmış bir toplum olması hər kəsə bəllidir. Bu «Tufan rəvayətinin» türklərdən qeyri millətlərə keçməsini daşlar üzərində oyulmuş gəmi rəsmləri və mifik personajların etimoloji cəhətdən əski türk dilində yozulmasının mümkün variantları bir daha sübut edir. Çox güman ki, sami tayfaları bu mifoloji rəvayətləri Sang-igiga (yanlış olaraq şumer adlandırılır) tayfasından öyrənmiş və eşitmişlər. Çünki onlara məxsus əfsanədə adı çəkilən personaj ZİUSUDRA, Babil tərcüməsində UTNAPİŞTİM adlandırılır. Utnapiştim sözünü «tufandan xəbər verən» kimi tərcümə edənlər birincinin üstünə gəlməzlər. Əslində elə bu söz də əski türkcə eyni mənanı verir. Əski türkcə, ZİU- SU, SUDRA- XƏBƏR VERƏN deməkdir. Yəni «su xəbərçisi», «suyu xəbər verən» anlamındadır (X. Ədəboğlu. «Unudulmuş Turanın çöl çiçəkləri» Bakı 2006).

Türklərdən SUDUR, SUDRA adı Altun Sudur kimi orta əsrlərədək işlənib. Hind dilinə bu söz «sutra» kimi keçib.
Bu baxımdan Hind eposları, personajların alındığı iki məkana işarət edir: Altaylar və Kvaxaştra dedikləri-Midiya. Bu barədə gələcək kitabımda geniş araşdırmalar barədə məlumatlar olduğuna görə bu qədər yetərlidir. «Ramayana» eposunda gəminin oturduğu dağın adı Noubəndxana adlandırılır.
Digər diqqət çəkən bir məqam isə «BU» deyilməli sözün «SU»ya çevrilməsidir. Sang-İqiqa (Şumer) dilindəki «ZİU» sözü elə bu günkü «SU» sözünün özüdür. Niyə «BU» yox, «SU» adlanması bir dildəki morfoloji prosesin getdiyini sübut edir. Elmi olaraq suyun yarandığı təbiət hadisəsinə diqqət edək. Dənizlər və okeanlar tutduğu üçün onların səthində daim buxarlanma prosesi baş verir. Buxarlanmış su damlaları buludları əmələ gətirir. Bulud – atmosferdə üzən su buxarı kondensasiyası məhsulunun toplantısıdır. Bulud diametri bir neçə mikron olan su damcılarından, buz kristalcıqlarından və ya bunların qatışığından əmələ gəlir. Bulud başlıca olaraq troposferdə toplanır. Buludu təşkil edən elementlər iriləşdikcə ağırlaşır və yağıntı əmələ gəlir. Yəni ilkin təbii prosesdə suyun yaranması üçün «BU-xarlanma, toplanan kondensasiya isə «BU -lud» adlanır. Hər ikisi BU sözündən yaranıb. Davam edək. Suyun donmuş halı BUz, qaynama halı BUxar, mülayim halı BUğlanma, çirkli halı BUlanmaq, yerdən çıxdığı yer BUlaq, hətta körpə uşağın işlətdiyi ilkin ad belə BUvva və s. adlanması sizcə təsadüfdürmü? Bu gün niyə «BU deyil, SU deyirik? Sadəcə bir məqamı sizlərə təqdim edirəm. Azərbaycan dili və tarixi minlərcə belə möcüzələrlə doludur. Hər biri haqqında cild-cild kitablar yazmaq olar (X. Ədəboğlu «Dilin tarixi, Tarixin dili» kitabından).
Daha bir astroloji bilgini diqqətinizə çatdırım ki, bütün teoloji rəvayətlər və bir çox qeyri mifoloji rəvayətlər Böyük Ayı Bürcüylə birbaşa əlaqəlidir. Bu bürcün ən parlaq göründüyü məkan Şimali Azərbaycan (Kür-Araz mədəniyyəti) və Altay əraziləridir. Bu bürclə bağlı olmayan çox az mifik qəhrəman və personojlar var. Ona görə də dastan yaradıcılığında Azərbaycanın və türk xalqlarının öz xüsusi yeri var…

