İran XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığını dəyərləndirdi

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsi Tvitter hesabında dünən azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığını dəyərləndirib.

  Əmir Abdullahiyan bu sözləri paylaşıb:

  «İran İslam Respublikası və Azərbaycan Respublikası ortaq cəhətləri çox olan iki qonşu müsəlman ölkəsidir. Həmkarım Ceyhun Bayramovla hərtərəfli münasibətlərin yol xəritəsi ilə bağlı səmimi və konstruktiv söhbətimiz oldu. İki hökumət və iki xalq arasındakı əlaqələr qarşılıqlı hörmətin kölgəsində inkişaf edəcək».

Mənbə: Eastnews.org

Bu xəbəri paylaşın: