Sıralarımızı vaxtsız tərk etmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi məsələlər üzrə müavini, Turan sevdalısı, polis mayoru Abbas Hüseynlinin yazmış olduğu «Ömür dediyimiz bir göz qırpımı» adlı kitabı işıq üzü görüb.
Kitab Turan Elləri İB və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) maliyyə dəstəyi ilə çap edilmiş kitabda koronovirusdan vəfat etmiş Abbas Hüseynlinin müxtəlif dövrlərdə yazdığı məqalələr və araşdırmalar toplanıb.
Abbas Hüseynlinin şəxsi həyatı ilə bağlı avtobioqrafik məlumatların da yer aldığı kitabda ötən əsrin 80-ci illərin sonundan başlayan, 90-cı illərin əvvəllərində qızışdırılan Qarabağ münaqişəsinin, eləcə də düçar olduğumuz digər bəlalarımızın əsl səbəblərinə açıq və düzgün yanaşma ortaya qoyulur.
Bu kitab Abbas Hüseynlinin əziz xatirəsinə müharibə veteranları və Turançı məsləkdaşlarının birgə hədiyyəsidir. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Məkanı cənnət olsun!
Elnur Səlim


