Şavkat Mirziyoyev növbəti dəfə Prezident seçildi

Oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından indiki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini qazanaraq qələbə çalıb.

Bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,8 faizi deməkdir.

MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə müşahidəçilər arasında olublar.

Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.


Özbəkistanda Prezident 5 il müddətinə seçilir.

Mənbə: Trend

Bu xəbəri paylaşın: