44 günlük Qarabağ müharibəsində gəbərdilən erməni əsgərin anası hamiləliyinin 20-ci həftəsində koronavirusdan ölüb.
Bu barədə Ermənistan Səhiyyə nazirliyi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verərək yazıb: “44 günlük müharibədə həlak olan əsgərin anasının hamiləliyin 20-ci həftəsində COVID-19-dan dünyasını dəyişdiyini dərin hüznlə bildiririk”.
Həmçinin qeyd edilir ki, tibb işçiləri qadının həyatını xilas etmək üçün əllərindən gələni etsələr də, nəticəsi olmayıb.
Bu xəbəri paylaşın:
