Erməni dezinformasiyaları ayaq tutub yeriyir…

Məkrli düşmən 24 saat Azərbaycan əleyhinə dezinformasiya yaymaqla məşğuldur. Erməni KİV-ləri (Aysor.am, voskanapat.info və s.) atəşkəsin pozulmasını hədəfləyən informasiyalar yaymaqla Azərbaycana məxsus hərbi birləşmələrlə rusların hərbi birləşmələri arasında münaqişə yaratmağa çalışırlar.

Öncə traktoristin vurulması ilə bağlı yalan informasiyanın ardından onlar Ağdərə (Mardakert) şəhərində mülki vətəndaşın öldürülməsi barədə məlumat yaydllar və təmas xəttinin müxtəlif yerlərində bu cür halların davam etməsini bildirdilər.

Erməni saytı yazır: «Əvvəllər atışma çox vaxt xəbərdarlıq məqsədi daşıyırdı və erməni hərbi qulluqçularına qarşı yönəlmirdisə, son günlər atışmaların istiqaməti kəskin şəkildə dəyişərək insan həyatını hədəf seçib. Dünən dinc əhalisini qorumaq məqsədi ilə kəndin yaxınlığında yerləşən erməni mövqeləri Xocavənd (Martuni) rayonunun Yenikənd (Norşen) icması yaxınlığında yerləşən Azərbaycan mövqelərindən atəşə tutulub. Çəkiliş aparılıb, erməni tərəfdə quraşdırılmış kameralar tərəfindən lentə alınıb» (video yazıya əlavə olunub).

Bu məlumatı və görüntüləri aidiyyatlı qurumlar nəzərdən keçirməli və ermənilərin çəkdikləri bu görüntüləri hansı mövqelərdən çəkmələrinin araşdırılması vacibdir.

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: