Müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı Seyfi Həsənovun 63 yaşı tamam olur.
Seyfi Həsənov Vətən torpaqlarının müdafiəsində yaxından iştirak etmiş AVMVİB üzvü və şöbə sədri kimi Zərdab rayonunda gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyə olunması, müharibə veteranlarının hüquqlarının bərpa edilməsi uğrunda çalışmaqdadır.
Bu gün Seyfi Həsənovun ad günüdür!
Bu münasibətlə Seyfi bəyi təbrik edir, uzun ömür, can sağlığı və Zəfər müjdəli neçə-neçə belə ad günləri keçirməyinizi arzulayırıq.
Bütün gözəlliklər sizin olsun və bu gözəlliklər içində 100 yaşa!
AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi







