AVMVİB rayon şöbələri Zəfər günü ilə bağlı tədbir keçiriblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşlərin keçirilməsinə start verilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları öncə Həmlə taborunun əsgəri şəhid Mövlud Söhbət oğlu Qurbanzadənin Beyləqan rayonu Aşağı Çəmənli kəndində yaşayan ailəsinə baş çəkiblər. AVMVİB sədri Füzuli Rzaquliyevin əmrinə əsasən şəhid M. Qurbanzadə Birliyin Xatirə medalıyla təltif edilib.


Mərasimdə Beyləqan rayonu İcra Hakimiyyətinin Başçısı Asif Ağayev də iştirak edib. İcra Hakimiyyətinin Başçısı Asif Ağayev və müharibə veteranları şəhidin ailəsinin vəziyyəti ilə maraqlanmış və qəhrəman şəhidlərimizin heç zaman unudulmayacağını bildirmişlər. Ümumiyyətlə, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev və İcra Hakimiyyətinin nümayəndələri Prezident İlham Əliyevin göstəriş və sərəncamlarına uyğun olaraq daim bu qəbildən olan insanlara diqqət və qayğılarını əsirgəmirlər.


Elə həmin gün müharibə veteranları əslən Xocavənd rayonundan olan və Beyləqan rayonunda məskunlaşmış avtomobil qəzasında həlak olmuş şəhid Rahil Şəmil oğlu Məmmədlinin məzarını ziyarət etmişlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirdilər ki, bundan sonra da bu mərasimlər davam etdiriləcək. Şəhid ailələri hər birimizin diqqət və qayğısını hiss etməlidirlər.Xüsusən də bu qəhrəmanların sayəsində qazanılmış Zəfər günü ərəfəsində belə görüşlərə ehtiyac var.


Allah şəhidlərimizə rəhmət eləsin!


P.S. Mərasimdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) internet resursu olan Fedai.az saytının könüllüsü olan Elçin Vahid oğlu Qədirova «Qarabağ üzrə müxbir» vəsiqəsi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov tərəfindən təqdim olunub. Qarabağ üzrə məlumatları ilkin mənbədən alacağımıza əminik və uğurlar diləyirik.


Elçin Qədirov
Fedai.az könüllüsü, Qarabağ üzrə müxbir

Bu xəbəri paylaşın: