Bir çox yerdə yaşı 65-dən yuxarı həkimlərin fəaliyyəti tamamilə məhdudlaşdırılıb.
Fedai.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, bu məsələdə bəzi istisnalar var.
R. Bayramlı qeyd edib ki, həkim çatışmazlığı olan bölgələrdə isə yaşı 65-dən yuxarı həkimlərin risksiz sahələrdə işləməsinə icazə verilib.
Həmçinin, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı bildirib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması icazəsi məsələsinə baxılır: «Mayın 11-dən sonra qərar qəbul edilməsi planlaşdırılır».
Elnur Səlim
Bu xəbəri paylaşın: