AVMVİB Beyləqan və Xocavənd şöbələri birgə tədbir keçirdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşləri davam etdirir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları Beyləqan rayonu Qəhrəmanlı kəndində yaşayan şəhid ailəsinə baş çəkiblər.


Şəhid Pərvin Əliyevin ad gününə toplaşan veteranlar AVMVİB sədri Füzuli Rzaquliyevin adından verilən Fəxri fərmanı şəhidin ailəsinə çatdırıblar.


Həmçinin rayon şöbələrinin üzvləri olan müharibə veteranları şəhid zabitimiz baş leytenant Mahir Qərib oğlu Fadaşzadənin məzarını ziyarət ediblər və onu da Fəxri fərmanla təltif ediblər.


Şəhid baş leytenant Mahir Dadaşzadə 1993-cü ildə Beyləqanda anadan olub. 44 günlük Vətən müharibəsi günlərində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir

Bu xəbəri paylaşın: