Hazırda bunu təsdiq edə bilmərəm, amma hazırki gözlənti budur.
Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Qlazqoda iqlim sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Baydenin görüş imkanlarını şərh edərkən deyib.
Sallivan iki ölkə arasında F-35 və F-16 təyyarələri ilə bağlı aparılan danışıqlar barədə isə bunları söyləyib:
«Bildiyiniz kimi, Türkiyə artıq F-35 proqramında deyil. F-16 proqramına gəlincə, ölkələrin döyüş təyyarələrini necə alacağı ilə bağlı uzun illərdir həyata keçirilən bir proses var. Türkiyə indi bu prosesdədir və proses davam edəcək. Hazırda bu məsələ barədə deyə biləcək başqa bir sözüm yoxdur».
Mənbə: Axar.az
Bu xəbəri paylaşın:
