İran rəsmisi rus həmkarı ilə görüşdü

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gecə Rusiya rəsmiləri ilə görüş üçün Moskvaya gedən İran Xarici İşlər nazirinin müavini Əli Baqiri Kəni Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ilə görüşüb.  

İclasda İran xalqına qarşı təzyiq və qeyri-qanuni sanksiyaların aradan qaldırılması ilə bağlı İran və P4+1 ölkələri arasında danışıqların bərpası mexanizmi araşdırılıb.  

Görüş zamanı tərəflər vurğulayıblar ki, yeni danışıqlar yalnız sanksiyaların ləğvinə və tərəflərin öhdəliklərinin tam yerinə yetirilməsinə gətirib çıxaracaqsa, uğurlu olacaq.

  Bu görüşdə Baqiri Kəni deyib:   «İran, Rusiya və Çinin regional və beynəlxalq məsələlər, xüsusilə də nüvə sazişi ilə bağlı yaxın nəzərə sahibdir. P4+1 ölkələrinin digər Avropa üzvləri də öz öhdəliklərini yerinə yetirməli və qeyri-qanuni sanksiyaların aradan qaldırılması üçün səy göstərməlidirlər».

Mənbə: Mehr

Bu xəbəri paylaşın: