Vətən müharibəsi iştirakçıları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvləri H. Əliyev adına saray Rəhbərliyi tərəfindən pulsuz olaraq sarayda təşkil olunmuş konsertlərə dəvət olunublar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müşaviri Şahin Ağayev məlumat verib.

Şahin Ağayev bildirib ki, ümumiyyətlə H. Əliyev adına sarayın rəhbərıiyi daim müharibə veteranlarına öz diqqət və qayğısını göstərib. Buna görə sarayın rəhbərliyinə veteranlar adından öz minnətdarlığını bildirib. Təkcə son ay ərzində «Muğam gecəsi», Beynəlxalq Vokal Müsabiqəsi, «Ağaxan Abdullayevin xatirə gecəsi»nə yüzlərlə veteranımız dəvətli olub və iştirak ediblər. 6 noyabrda isə «Qarabağ şikəstəsi» adlı tədbirə dəvətliyik. İştirak etmək istəyənlər mənə müraciət edə bilərlər.
Elnur Səlim

