AVMVİB Beyləqan və Xocavənd şöbələri birgə tədbir keçirdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşləri davam etdirir.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranları Beyləqan rayonu Bahar qəsəbəsində anadan olmuş şəhid Məhəmməd Alik oğlu Hüseynovun ad günü mərasiminə toplaşıblar.


Məhəmməd Alik oğlu Hüseynov Daxili Qoşunlara məxsus «Şahin» Xüsusi Təyinatlı dəstəsində döyüşlərə qatılıb. Hərbi təhsilini Türkiyədə aldıqdan sonra Vətənə xidmət edirdi. 44 günlük Vətən müharibəsində bir sıra döyüş əməliyyatlarında iştirak edib. 28 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhid Məhəmməd Hüseynovun ad günü mərasimində AVMVİB-nin təsis etdiyi Xatirə medalı onun ailəsinə təqdim edildi.


********
Müharibə veteranları daha bir şəhidimizin Anım günündə iştirak ediblər.


44 günlük Vətən müharibəsinin şəhidiToğrul Ramil oğlu Atakişiyevin ailəsinə baş çəkən müharibə veteranları ölümündən sonra şəhidimizi Xatirə medalı ilə təltif ediblər. Xatirə medalı şəhidin ailəsinə verilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirdilər ki, şəhidlərimizlə bağlı tədbirlər davam etdiriləcək. Hər bir şəhidimizi yad etməyə çalışırıq.


Şəhidlər unudulmur. Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir

Bu xəbəri paylaşın: