Baş nazir adlanan şəxs isə ağlayaraq, başını aşağı sallayaraq oturmuşdu — Erməni ictimai xadim

“Bu o köməkçilərdən biridir ki, Nikol ona ağlamış vəziyyətdə sual verirdi: “İndi Hadrut meşələrində sağ adam olması mümkündür? Bu soyuqda nə yeyirlər?””.

Bunu “Facebook” səhifəsində erməni ictimai xadim Aram Gevorqyan yazıb.

Gevorqyan qeyd edib ki, bunun kimi köməkçilərdən biri də “Xeyr, mümkün deyil” deyirdi.

“Valideynlər əllərində telefonlar gedirdilər, Baş nazir adlanan şəxsə yalvarırdılar, deyirdilər ki, uşaq zəng edib, deyib ki, Hadrut meşələrindədirlər, gəlin, kömək edin. Baş nazir adlanan şəxs isə ağlayaraq, başını aşağı sallayaraq oturmuşdu”, — deyə o bildirib.

Mənbə: EDNews.net

Bu xəbəri paylaşın: