TƏBRİK: ÇİNGİZ İSMƏT OĞLU ƏLİYEV — 59

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı və Silahlı Qüvvələr Veteranı ehtiyatda olan mayor Əliyev Çingiz İsmət oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

      Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin !

     Cingiz İsmət oğlu Əliyev 1981-1982 ci ilərdə SSRI Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Türkmənistan respublikasında yerləşən hərbi hissələrində müdddətli həqqi hərbi xidmətdə olmuşdur.

     O,1978 ci ildə Qusar rayonunun Xuray kəndində  orta məktəbin 8 -ci sinifni,  1981-ci  ildə Bakı şəhərində idman  texnikomunu,  1998-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən hərbi məktəbdə zabitlərin təhkimləşdirmə kursunu, 1992-ci ildə isə Azərbaycan İdman akademiyasını bitirib.

       Əliyev Cingiz İsmət oğlu 1983-1986-ci ilərdə Qusar rayonun  Mirzəbəyli adına  sovxozunda idman təlimatçısı vəzifəsində işləyib. 1986-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində Əlahiddə konvoy taborunda idman və fiziki   hazırlığı üzrə təlimatcı, Muhafizə-konvoy alayında taqım komandiri, 1992- 2009-cu illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər, Hacıqabul və Nərimanov  rayonlarında yerləşən hərbi hissələrində Döyüş hazırlığı bölmə rəisinin  qoşun xidməti üzrə köməkçisi, Döyüş hazırlığı bölməsındə idman və fiziki hazırlığ rəisi, Qərargah rəisinin xidmət üzrə baş köməkçisi,Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Növbətçi xidmətində və Əməliyyat şöbəsində  Baş zabit vəzifələrində xidmət etmişdir.

      O,Azarbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdam və füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib. Müharibə və Silahlı Qüvvələr  Vetiranıdır.

       Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan mayor Çingiz Əliyev Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizamnamələrin,təlimatların, əsasnamə və əmrlərin  tələblərinə və vəzifə borcuna əməl  etməkdə bir cox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

       O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

       Xidmətdə fəriqləndiyinə görə O, «Qüsursuz xidmətlərə görə» 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 və 90 iliyi yubleyi və «Silahlı Qüvvələr Veteranı «medalı ilə təltif edilib .

       Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi  intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə və hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ÇİNGİZ BƏY!

BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ…UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ  İLDİ » DEYƏRSƏN… BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİMLƏ.. XOŞBƏXT İLLƏRƏ.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: