Xocavənd rayonunda şəhid Tural Bəylər oğlu Abdullayevin Anım tədbiri keçirilib.
Şəhid Tural Abdullayev 9 fevral 1993-cü ildə Xocavənd rayonunda anadan olmuşdur. 44 günlük Vətən müharibəsində 29 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.

Anım tədbirində şəhidin qohumları ilə yanaşı Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, respublikanın əməkdar artisti Ağalar Bayramov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin valideynlərinə baş sağlığı verərək bildirdi ki, Zəfərimizin 1 illiyi ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) göstərişiylə şəhidlərimizin Anım tədbirləri, şəhid adlarının əbədiləşdirilməsi, fəal üzvlərimizin təltif edilməsi, cəbhədən dönmüş döyüşçülərlə görüşləri davam etdirəcək.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov

