“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri Romada keçirilən sammitdə qlobal minimum korporativ vergi müqaviləsini təsdiqləyiblər.
Müqavilə “Google”, “Amazon”, “Microsoft” və Feysbuk kimi şirkətlər də daxil olmaqla, qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.
ABŞ-ın maliyyə naziri Canet Yellen G20 liderlərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) transmilli korporasiyaları 2023-cü ildən etibarən 15 faiz dərəcə ilə vergiyə cəlb etməsinə dair 136 ölkə tərəfindən qəbul edilən razılaşmanı təsdiqlədiklərini bildirib.
