Dünyasını dəyişən hərbçinin ipoteka borcu hələ ödənilməyib

Ötən il ağır xəstəlikdən vəfat edən kapitan Məmməd Quliyevin ailəsi çətin vəziyyətdədir. Belə ki, ailənin iddiasına görə, hərbçinin vəfatından sonra Müdafiə Nazirliyi ailənin ipoteka borcunu ödəməklə bağlı verdiyi vədi hələ də yerinə yetirməyib.

Məsələ ilə bağlı kapitan Məmməd Quliyevin həyat yoldaşı Aytac Quliyeva sözlərinə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin köməkçisi Aydın Eyyubov da ailənin bütün problemlərinin həll olunacağına dair vədlər verib: «Aydın Eyyubov yoldaşımın vəziyyəti ağır olarkən, bizə dedi ki, vəzifəmdən kənar qardaş sözü verirəm, nə köməklik lazımdırsa, ediləcək. Ailənizə böyük hörmətim var. İpotekanı da həll edəcəyik”.

Lakin bütün deyilənlər yalan oldu. Bizə köməklik göstərilmədi. Mən nə qədər müraciət etsəm də, xeyri yoxdur. Yoldaşımı itirən gündən çox çətin vəziyyətdəyəm. Məcbur evimi satışa çıxarmışam.

Çünki həm ipoteka borcumuzu, həm də övladımın təhsil xərclərini ödəyə bilmirəm…»

Qeyd edək ki, məsələ ilə bağlı Müdafiə Nazirliyinin tələbinə əsasən quruma sorğu göndərdik. Lakin sorğumuz hələ cavablandırılmayıb.

Leyla Həsənova

Bu xəbəri paylaşın: