ABŞ-ın respublikaçı senatoru Rik Skott Cozef Baydenin prezidentliyini ABŞ üçün fəlakət adlandırıb.
Bu barədə RT xəbər verib.
“Vəzifədə olduğu cəmi doqquz ay ərzində o, Amerika ailələrinə həqiqi xidmət göstərmək əvəzinə radikal sosialist siyasətini həyata keçirərək, Amerikanı təhlükəli dərəcədə aşağı saya apardı”, — deyə senator bildirib.
Onun sözlərinə əsasən, üçüncü rübdə ABŞ-ın ÜDM-i “inflyasiyanın artması və Baydenin dövründə təchizat zəncirindəki böhran fonunda” aşağı düşüb. Skott qeyd edib ki, prezidentin yanlış qərarları “demək olar ki, hər şeyin” qiymətlərinin artmasına səbəb olub.
“Cozef Baydenin dövründə amerikalılar artıq dolana bilmirlər. ABŞ-ın tam iqtisadi çöküşünə gəlməmişdən əvvəl prezidentin oyanıb qulaq asmasının vaxtıdır”, — deyə Skott əlavə edib.
Mənbə: RİA
