AVMVİB Füzuli rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsi yeni üzvlərə üzvlük vəsiqəsi təqdim edib.

44 günlük Vətən müharibəsinin iştirakçısı qazimiz Cəsarət Elçin oğlu Həsənliyə üzvlük vəsiqəsini Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov təqdim edib.

Səməd Əbilov qazi Cəsarət Həsənlini 83 minlik veteranlar birliyinə üzv olması münasibətiylə təbrik edib.

Elçin Qədirov

Qarabağ üzrə müxbir, Füzuli

Bu xəbəri paylaşın: