Tarixi qələbəmiz — 8 noyabr Zəfər Günü münasibətilə ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada təbliği məqsədilə “Avropa Gəncləri Sülh Naminə” Beynəlxalq Gənclər Forumu adlı beynəlxalq layihənin icrasına başlamışdır.
“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və birgə təşkilatçılığı ilə milli gənclər təşkilatları rəhbərləri, gənc liderlər, ekspert, hökumət rəsmiləri, millət vəkilləri və media təmsilçiləri ilə birlikdə Bakı Konqres Mərkəzində Beynəlxalq Gənclər Forumunun rəsmi açılış mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) nümayəndsi kimi AVMVİB Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov İştirak edib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin 1-ci müavini İntiqam Babayevin, AR Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovun, Millət Vəkillərinin, Diplomatik Korpus nümayəndəliklərinin və qeyri-hökümət təşkilatlarının rəhbərlərinin çıxışları ilə birgə çoxsaylı gənc qazi və müharibə iştirakçısını öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin adından Forumda Salman Hüseynov çıxış edib.

Açılış mərasimindən sonra Ukrayna, Serbiya və Polşadan olan ekspertlərin iştirak etdiyi panel müzakirə baş tutmuşdur.
Orxan Hüseynov