Şamaxılı veteranlar Zəfər tədbirində iştirak ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsi veteranları Zəfər günü ilə bağlı tədbirdə iştirak ediblər.


Tədbirin təşkilatçısı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının I müavini Hikmət Şikarovun rəhbərliyi ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyev məlumat verib.

Tədbirdə rayon veteranları ilə yanaşı 44 günlük Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri Zəfər tədbirində iştirak ediblər.


Tədbirdə fəal veteranlar və ictimaiyyət nümayəndələri AVMVİB-nin Fəxri fərmanı və Xatirə medalları ilə təltif ediliblər. Təltif olunanlar arasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şamaxı rayon şöbəsinin sədri Fuad Səmiyevin anası Firəngiz Səmiyeva da olub. O, öz təqaüdünü Ordumuz üçün yaradılmış fonda köçürməsi ilə tanınır.


Tədbirdə veteranlarla yanaşı, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

Türkay

Bu xəbəri paylaşın: