Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsi veteranları Zəfər günüylə bağlı tədbir keçiriblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.
Şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin tarixi əhəmiyyətini qeyd etdilər.
Tədbirdə I Qarabağ müharibəsi veteranları ilə yanaşı 44 günlük Vətən müharibəsinin iştirakçıları da iştirak edirdilər. Rayonun fəal veteranları, ictimai fəallar AVMVİB-nin Xatirə medalıyla və Fəxri fərmanlarla təltif olundular.

Bu xəbəri paylaşın: