Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsi veteranları Zəfər günüylə bağlı Ramanı qəsəbəsində yerləşən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbində Zəfər günü tədbirldə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.

Ramiz Ağayev bildirdi ki, məktəbin direktoru Sevinc xanım tədbiri açıq elan edərək, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev çıxış edərək, qazanılmış Zəfərin tarixi əhəmiyyətindən, ordumuzun və Ali Baş Komandanımızın yürütdüyü düzgün hərbi strategiyadan danışıb. Bu böyük gün münasibətiylə məktəbin müəllim-şagird kollektivini, qazilərimizi və Azərbaycan xalqını təbrik edib.
Tədbirdə AVMVİB Xankəndi şəhər şöbəsinin üzvü olan müharibə veteranları və qazilərimiz iştirak ediblər.
Nurlan Məmmədli

