AVMVİB rayon şöbələrinin Zəfər günü ilə bağlı tədbirlər davam edir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Lənkəran şəhəri Veteranlar klubunda baş tutan tədbir barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.

İlham Qurbanov bildirib ki, tədbirdə müharibə veteranları ilə yanaşı Əfqanıstan Veteranları Birliyi Lənkəran rayon şöbəsinin sədri Fəxrəddin Hüseyn başda olmaqla Əfqanıstan veteranları və Lənkəran rayon Çernobl cəmiyyətinin sədri Azad Ağayev iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dövlət Himnimiz səsləndirildi.
Tədbirdə Fəxrəddin Hüseyn, Azad Ağayev, AVMVİB Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev çıxış etdilər. Çıxışçılar Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin tarixi əhəmiyyətini qeyd etdilər.
Tədbirdə I Qarabağ müharibəsi veteranları ilə yanaşı 44 günlük Vətən müharibəsinin iştirakçıları da iştirak edirdilər. Rayonun fəal veteranları AVMVİB-nin Xatirə medalıyla təltif olundular. Gənc döyüşçülərə isə AVMVİB-nin üzvlük vəsiqəsi təqdim olundu.
Elnur Səlim

