Bayden «Amerikanın birincilik prinsipindən» imtina etdi

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın seçdiyi Amerikanın birincilik prinsipindən (America first) imtina edib.


TASS xəbər verir ki, bunu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.


Onun sözlərinə görə, Bayden əmindir ki, liderlik tezisi faktiki olaraq ölkəni sonuncu yerə qoyur.


“Baydenin Avropaya yönəlik siyasətinə baxsanız, Trampın hərəkətləri ilə təəccüblü təzad görə bilərsiniz”, — deyə dövlət rəsmisi bildirib. Nümunə kimi o, “Boinq” və “Airbus” şirkətləri arasında mübahisələrin uğurlu həllini və Çinlə qarşıdurma üçün ABŞ və Avropa arasında qarşılıqlı fəaliyyət sxeminin yaradılmasını göstərib.

Amerikanın mövqeyi Birinci Dünya Müharibəsindən sonra ilk dəfə təcrid prinsiplərinin və müdaxilə etməmə siyasətinin tərəfdarları tərəfindən formalaşdırılır, halbuki onlar bunun beynəlxalq müqavilələrə laqeyd yanaşmasını mümkün hesab edirdilər. 1940-cı ildə eyniadlı təşkilat yaradıldı, onun tərəfdarları Amerikanın İkinci Dünya Müharibəsinə girməsinin qarşısını almağı özlərinin əsas vəzifə hesab edirdilər. Prezidentlər Con Kennedi və Cerald Ford da bu hərəkatın tərəfdarları idilər.

Bu xəbəri paylaşın: