QARABAĞ SÜLH SAZİŞİNİN «ATASI» ATƏŞİN SUSACAĞI GÜNÜ AÇIQLADI

REDAKSİYADAN: Rus faşizminin bizə qarşı oynadığı oyunda növbəti erməni kartının detalları Azərbaycanın əsil düşməni və rus şovinisti Vladimir Kazimirovun müsahibəsindən aşkar görünür. Bu gün Rusiyadan imdad gözləyənlərin yaxşı-yaxşı oxumaları üçün bu müsahibəni ötən il rusca qoymuşdum, bu il isə Azərbaycan dilində yayınlayırıq ki, düşməninizi tanıyasınız. Dünyada bütün pisliklərin başında bu imperiya və onlara köpəklik edən ermənilər gəlir. Yazı 2016-cı ildə yayınlanıb…

2016-cı ilin aprelində 22-ci ililik sülhdən sonra Qarabağda dondurulmuş münaqişənin yenidən «donunun açılması» gözlənilmədən baş verdi. Niyə Qarabağ qəflətən «partladı»? 22 il əvvəl ermənilərlə azərbaycanlılar arasında baş verən qanlı müharibə necə dayandırıldı? Niyə sülhməramlı qüvvələr Qarabağa daxil olmadı? «Moskovskiy Komsomolets»-in köşə yazarı bütün hadisələrin və sülh müqaviləsinin müəllifi, birbaşa iştirakçısı ilə söhbətləşib. 1992-1996-cı illərdə Rusiya diplomatı Vladimir Kazimirov Rusiyanın vasitəçilik missiyasının rəhbəri, Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri olub.


— Vladimir Nikolaeviç, siz, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların əsas iştirakçısısınız. Bundan başqa, müharibənin dayanması haqqında qeyri-müəyyən bir müddətdə Atəşkəs (1994) Sazişinin müəllifisiniz. Bu ilin aprel ayına qədər, bu razılaşma sayəsində Qarabağda nisbi sülh saxlanılıb. Niyə bu sülh prosesi pozuldu?


— Son hadisələrin təşəbbüskarının kim olmasına şübhə yoxdur. Yeri gəlmişkən, mənim fikrimcə, Azərbaycanın Moskvadakı səfirinin çalışmaları və Bakı rəhbərliyini yanlış yola yönəltdi. O, dəfələrlə qeyd edib ki, Bakı bu əraziləri hərbi qüvvə ilə qaytarmaq hüququna malikdir. Sonradan imzalanan sənədlər də atəşkəsə dəstək verməyə davam edir. Bunun üçün yeni sənədlər imzalamağa ehtiyac yoxdur. Baxmayaraq ki, bəzilərinə bu asan görünə bilər. Hər kəsin bu müqavilələri ciddi şəkildə yerinə yetirməyə hazır olmaması başqa bir şeydir. Heydər Əliyev münaqişənin yalnız sülh yolu ilə həll edilməsinin lazım olduğunu dəfələrlə bəyan edib. Onun varisi artıq «dinc yollarla» sözlərini çətinliklə tələffüz edir. Nəticəni aprelin 2-də gördünüz. Bu gün İlham, Qarabağ ətrafındakı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalının aradan qaldırılmasına ehtiyac duyulduğunu diqqətə çatdırır. 7 rayonu işğaldadır — 5 rayon tamamilə və 2 rayon isə qismən işğal edilib. Amma bu işğala görə, Azərbaycan, erməniləri sıxışdırmaq ümidiylə hərbi əməliyyatları dayandırmaq istəmirdi. Ancaq tam tərsinə oldu və bölgə ardınca bölgə itirdi.

— Niyə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi müharibəni dayandıra bilmədi?

— Hamısı uğursuzluğa düçar oldu, yerinə yetirilmədi. Kim tərəfindən yerinə yetirilmədi? Azərbaycan tərəfindən. 1993-cü ilin yazında ermənilər Kəlbəcəri ələ keçirdilər. Bu əməliyyatın müvəffəqiyyəti ermənilərin Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizindən başqa bir körpü ilə təmin olunduğunu göstərir. Bundan sonra Azərbaycan Təhlükəsizlik Şurası tərəfindən bu məsələni müzakirə etmək təşəbbüsü ilə çıxış edir. Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Dağlıq Qarabağ üzrə 822 saylı qətnaməni qəbul etdi. Bakı ümid edirdi ki, qətnamədə ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsi tələb olunacaq. Ancaq Azərbaycan tərəfi əsas tələbin sənəddə bu tələbin qarşısını alacağını nəzərə almadı: dərhal atəşkəs, hərbi əməliyyatlar və hətta «düşmənçilik yaradan aktlar»ın dayandırılması. Bəs «düşmənçilik yaradan aktlar» nədir? Erməni torpaqlarının blokadası — enerji, iqtisadi, nəqliyyat. Bax, Bakının gözləmədiyi fakt budur. Bütün dörd qətnamədə — atəşkəs rejimi üçün əsas tələb budur. Ancaq Azərbaycan hələ də ermənilərin güc yoluyla öhdəsindən gələ biləcəkləri illüziyasında qalıblar. Onun potensialı əlbəttə ki, Ermənistanın potensialından çox üstündür. Həm ərazisinə, əhaliyə və silahlanmağa görə də üstündür.


Çünki İttifaq dağıldıqdan sonra Azərbaycan Ermənistandan daha çox hərbi sursat vardı. Məsələn, Zaqafqaziyada sovet ordusunun strateji ehtiyatları Ağdam anbarlarında yerləşirdi. Azərbaycanda təxminən 16 hərbi hava limanı var idi. Ermənistanda isə, yalnız 2-3. Ancaq müharibədə tək potensial qələbə qazanmaq üçün kifayət deyil. 822 saylı qətnamənin qəbulundan sonra mən, amerikalıları və hətta türkləri də məğlub etdim.


Üçlükdə — Rusiya, ABŞ və Türkiyə — münaqişənin bütün üç tərəflərə yazılı bir sualla müraciət etdik: «822 saylı qətnamənin tam şəkildə yerinə yetirilməsinə hazırsınızmı?»


İrəvan və Stepanakert razılığa gəldi. Bakı susmağı seçdi. Çünki hələ də qələbə qazanmağa ümid edirdi. Buna görə müharibə dayandı. Əslində, BMT Təhlükəsizlik Şurasının Qarabağ üzrə bütün 4 qətnaməsi devalvasiyaya uğradı. Təhlükəsizlik Şurası artıq beşinci qətnaməni qəbul etmək istəmirdi, çünki onun imicinə xələl gələrdi. Qərar qəbul edir, amma həyata keçirilmir. Buna görə də atəşkəs razılaşması üzərində işləyərkən Təhlükəsizlik Şurasının qətnaməsi əsasında işləməməyi qərara aldıq. Başqa yeni zəmin icad etmək məcburiyyətində qaldıq.

— Bəs bu zəmin nədən ibarət idi?

— 1994-cü ilin mart və aprel aylarında Moskvada MDB dövlət başçıları Şurasının növbəti iclası keçirildi. Birincisi, mən əvvəlcədən məsləhətləşmələr aparmışdım, ikincisi, 15 aprel tarixində dövlət başçıları Şurasının bəyanatını hazırladığımda, o dövrdə hərbi əməliyyatları dayandırmaq lazım olduğu ifadə edilmişdi. Bizim bir dayanaqlı zəminimiz elə bu sənəd oldu və bu, onun əsasında işləmək mümkün olan bir sənəd idi.

— Bişkekdə keçirilən zirvə hansı rol oynadı?

— Mayın 5-də Bişkekdə MDB ölkələri parlamentlərinin rəhbərləri ilə görüşdük. Onlar hərbi əməliyyatların dayandırılması haqqında Protokolu imzaladılar, hərbi əməliyyatlara son verildi. Qələbə gününü əsas tutub buna görə də ilk növbədə 8-dən 9-na keçən may gecəsi atəşkəs etməyi təklif etmişdim. Amma işə yaramadı. Həmin vaxt Heydər Əliyev, Azərbaycanın NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramına daxil olmasının imzalanmaq üçün Brüsselə getdi. Rəsul Quliyev ölkə başçısını əvəz edirdi. Buna görə, vitse-spiker Cəlilov Bişkəkə gəldi. Orada Qarabağın azərbaycanlı icmasının hüquqlarını Dağlıq Qarabağın erməniləri ilə bərabərləşdirmək üçün əlindən gələni etdi. Amma ermənilər Qarabağda olmayan Azərbaycan icması ilə deyil, Bakı ilə mübarizə apardlıqlarını dedilər. Bu da bizi tarixləri dəyişmək məcburiyyətində qoydu. 9 Mayda Bakıya getmək məcburiyyətində qaldım və buna görə də onlar orada Bişkek Protokolunu imzaladılar. Çünki Cəlilov Bişkəkdə bu protokolu imzalamaqdan imtina etdi.

Digər tərəfdən, o anda Ermənistan hər cür razılaşmanın imzalanması barədə razılığa gəlmirdi. İrəvan iddia edirdi ki, bu münaqişənin tərəfi deyil, Dağlıq Qarabağa kömək ediblər, müharibə onlarla olmayıb. Onlar DQ tərəf kimi tanıtmağa çalışırdılar. Bu yanlış mövqe idi. Bu münaqişənin konfiqurasiyasına dair anlayışımız üç tərəfin var olmasını göstərir. Hərbi baxımdan Qarabağ erməniləri və İrəvan erməniləriylə birgə müharibə aparırdılar. Siyasi baxımdan, İrəvan və Stepanakert arasında çox böyük fərqlər var idi, bəzən də ziddiyyətlər baş verirdi. Buna görə də, Dağlıq Qarabağı münaqişənin müstəqil tərəfi olduğunu nəzərə almaq lazımdır. Əlbəttə ki, bu, Azərbaycanın gəlmədi, çünki Qarabağ onun keçmiş muxtar bölgəsi idi.

— Axı Bakı əvvəlcə də Qarabağ ilə sazişlər imzalamışdı?

— Bəli, artıq Bakı və Stepanakert arasında imzalanmış bir çox sənəd var idi, həm də İrəvan olmadan. Sonra da İrəvanla birlikdə yalnız üç sənəd imzaladılar. Yəni onlara ehtiyac olduqda, azərbaycanlılar birbaşa Dağlıq Qarabağla müvəqqəti ateşkəs sazişi imzalamağa məcbur olurdular. Ancaq o anda atəşkəsi tamamilə dayandırdıqları zaman isə Heydər Əliyeviç arxayınlaşaraq — heç bir şey etmək istəmirdi. Və məndən yenidən İrəvana müraciət etməyi xahiş edirdi. İrəvana zəng edirdim. Təkcə onun istəyi ilə deyil, həm də bizim anlayışımıza uyğun olduğuna görə zəng edirdim, bütün üç tərəfin bu müqaviləni imzalaması lazım gəlirdi. Birdən bir saat yarımdan sonra mənə Yerevandan zəng gəlir və sənədi imzalamağa razılıq verirlər.

Sənədə baxın. Bütün mətn kompüterdə yazılıb və «Ermənistanın Müdafiə Naziri» sözləri isə mənim xəttimlə yazılıb. Ermənistanın hazırkı prezidenti, o vaxtkı müdafiə naziri Serj Sarkisyan Ermənistan tərəfindən imza atdı.


Hətta iki dəyişiklik də etdi. Bu dəyişiklikləri bu vəziyyətə uzlaşdırmaq üçün bir ay vaxt lazım idi. Amma bu zaman ermənilər azərbaycanlıları çox güclü şəkldə sıxışdırırdılar.

— Azərbaycan cəbhədə məğlubiyyətə uğradı?

— O vaxtlar ermənilərin Kür çayına çıxmaq təhlükəsi vardı, ondan sonra Azərbaycanın şimal-qərb hissəsi tam əlaqə kəsilərdi. Altı ay əvvəl ermənilərin Araz çayına olduğu kimi İranla sərhədə çıxmaları ilə, Azərbaycanın cənub-qərbi tam işğal edildi. Sonra hərbi və mülki şəxslər İran ərazisindən qaçdılar.


Eyni şey ikinci dəfə baş versəydi, Heydər hakimiyyətdə qala bilməzdi. Buna görə də azərbaycanlılar bu düzəlişlərlə dərhal razılaşdılar. Mayın 9-da Bakıda Azərbaycan Müdafiə Naziri Məmmədrəfi Məmmədovun imzaladığı sazişi, mayın 10-da İrəvan şəhərində Serj Sarkisyan imzaladı, mayın 11-də Stepanakertdə isə «DQR» müdafiə ordusu komandiri Samvel Babayan imzaladı. Müqavilənin mətni hər üç tərəfin ayrı-ayrı imzalaması üçün üç səhifədən ibarət bir şəkildə çoxaldılıb. Bakıdan «Azərbaycan» versiyası ilə Moskvaya qayıtdım, qalan vərəqləri isə mənə faksla göndərdilər. Beləliklə, Dağlıq Qarabağda atəşkəs sazişi imzalandığı üçün bu üç vərəq sazişə çevrildi. 12 mayda isə saziş qüvvəyə mindi.


Dünya təcrübəsində belə bir iş olmayıb. Hüquqi normalar, sənədin eyni gündə, bir yerdə imzalanmasını nəzərdə tutur. Burada fərqli üç gün və üç fərqli imzalama yeri var. Ancaq müqavilənin bağlanmasının təxirə salınması təhlükəliydi. Tərəflər cəbhədə müvəffəqiyyət qzanmaq üçün hər şeyi yenidən başlaya bilərdilər.

— Görünür ki, Qarabağda atəşkəs Rusiyanın vasitəçiliyi sayəsində əldə edilib. Qərb tərəfdaşları buna necə reaksiya verdilər?

— Qərblilər buna çox qısqanc yanaşdılar. Çünki onlar Rusiyanı Zaqafqaziyadan sıxışdırmaq üçün ruhlanmışdılar. 1994-cü ilin iyulunda Ermənistan səfərlərimdən birində Ermənistan prezidenti Levon Ter-Petrosyan birdən mənə İsveçli diplomat Jan Eliassonun, Minsk qrupunun sədri olduğunu deyib. İsveç «atəşkəsin 30 günə uzadılmasını» təklif etmişdi.

Mən çıxılmaz vəziyyətə düşdüm. Dedim: «Levon Akopoviç, atəşkəsi 30 gün necə uzatmaq olar? Biz bunu müddətsiz (sonsuza qədər) olaraq bağladıq «.


Belə bir diplomatik tələ var — «default». Yəni heç bir müddət müəyyən edilmədikdə, müqavilənin müddəti qeyri-müəyyəndir.

Bundan əvvəl müvəqqəti atəşkəs haqqında 10-12 razılaşma var idi. Hər yerdə bir müddət yazılıb. Birdən necə oldu ki, biz müddət qoymağı unutduq? Bunu xüsusi olaraq və qəsdən unutduq. Və Heydər Əliyev bunu qəbul etdi. Ancaq qərbçilər bu diplomatik qələbəni Rusiyadan almaq və onu Minsk qrupuna vermək arzusundaydı, əlbəttə ki, amerikalılar tərəfindən əmr edilmişdi.

Prezident Ter-Petrosyan da mənimlə razılığa gəldi.


Mən ona dərhal fikirləşmək üçün dərhal daha bir təklif verdim: «Gəlin hər üç münaqişə tərəfinin — Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın görkəmli nümayəndələri tərəfindən siyasi razılaşma əldə edilənədək tam şəkildə atəşkəsin təsdiqlənməsini və nəhayət, silahlı münaqişənin tamamilə dayandırılması barədə razılaşaq».


Ter-Petrosyan razılığa gəldi. Bakı və Stepanakertlə telefon əlaqəsi saxladı. Onlara bu sənədin ilk layihəsini hazırladım. Bu sənəddə təkcə atəşkəs deyil, həm də böyük siyasi müqavilə bağlanana qədər bu şərtlərin saxlanılacağına və tərəflərlərin müntəzəm olaraq təsdiq edəcəyinə inanıram. İyulun 26-da Azərbaycan tərəfi onu imzaladı, qalanları isə iyulun 27-də imzaladılar. Bu sənədin mətni heç vaxt nəşr olunmayıb. Bunu sizə verirəm. Əslində, bu sənəd, Vaşinqtonun diqtəsi ilə İsveçlilərin Rusiyadan atəşkəsin oğurlanması cəhdlərinə mane olurdu.

— Bu sənəd indiyədək niyə nəşr olunmayıb?

— Çünki ermənilər ona şişirdilmiş dərəcədə əhəmiyyət vermişdilər: ilk dəfə olaraq Qarabağ icması nümayəndəsi Azərbaycan ilə eyni sənədə imza atmışdı.

— Niyə sülhməramlı qüvvələr Qarabağa daxil olmadı?

— Burada Rusiya sülhməramlılarının olması tələb olunurdu. Bu, qərbçilərin maraqlarına uyğun gəlmirdi, çünki belə bir addım, Rusiya hakimiyyəti və nüfuzu üçün işləyərdi. Ermənilər sülhməramlıların gəlməsinə razılaşdılar. Azərbaycanlılar isə, gah razılaşdılar, gah da qarşı çıxdılar. ATƏT-in Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi ehtimalını aradan qaldırmaq üçün hərəkətə keçdi.


1994-cü ilin dekabr ayında Budapeştdə ATƏT-in sammiti keçirildi. Onun zirvə toplantısının yekun sənədində sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasını qəbul etdiyi bir maddə var. Yəni, bunlar ATƏT-in sülhməramlıları olmalıdır. Amma əslində digər ölkələr sülhməramlı qüvvələrin yerləşdirilməsinə hazır deyildilər. Bu, oraya Rusiya sülhməramlılarının yerləşdirilməsinin qarşısını almaq üçün həyata keçirilmişdi.

— Mən Qarabağda olduğumda, orada vəziyyət məni təəccübləndirdi. Müharibə aparan ordular bir-birləri ilə üz-üzə dururlar, yalnız onların arasında sülhməramlılar yoxdur, həm də mövqeləri olduqca yaxındır. Çox təhlükəli vəziyyətdir.

— Bəli, tərəflərin mövqeləri bir-birinə yaxındı və bu, əlbəttə ki, bir çox hadisələrin baş verməsinə səbəb olur. Bunun səbəbi nədir?


1994-cü il fevralın 18-də Müdafiə Nazirliyinin Arbatda Pavel Qraçev, atəşkəsdən əvvəl Ermənistan və Azərbaycan Müdafiə Nazirləri ilə, Qarabağın silahlı qüvvələrinin nümayəndəsi ilə görüş keçirdi. Mən də orada iştirak edirdim. Bu görüşün protokolunda, atəşkəsdən sonra tərəflər təmas xəttinə çəkiləcəyini qeyd edilib. Azərbaycanın Müdafiə Naziri Məmmədov da imza atıb. Bir az vaxt keçdikdən sonra Məmmədov yaxınlaşıb mənə dedi: «Xeyr, ermənilər geri çəkilsinlər, çünki onlar torpaqlarımıza soxulublar və biz eyni mövqedə qalacağıq». Və imzalanmış öhdəlikdən imtina etdi.


Tərəflərinn qüvvələri geri çəkmələri baş vermədi. Axı ermənilər özgə ərazilərə, ona görə girdilər ki, azərbaycanlılar hərbi əməliyyatları dayandırmaq istəmirdilər. Əgər Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsindən sonra onlar hərbi əməliyyatları dayandırsaydılar, yalnız Şuşa, Laçın və Kəlbəcər erməni «işğalı altında» qalacaqdı. İndi isə, 7 rayon işğaldadır.


Bundan sonra başqa bir razılaşma oldu. Azərbaycan, hətta bunu etiraf etməkdən imtina edir. Heydər Əliyevin şəxsi iştirakı ilə hazırlanmış olsa da. Siz düşünürsünüz ki, İlhamın hansısa öhdəliyi var? Belə bir şey yoxdur. Atəşkəsin möhkəmləndirilməsi haqqında Saziş. Hər hansı bir hadisə digər tərəfin günahı üzündən baş verərsə, əks tərəf necə davranmalıdır. 6 saatdan artıq hadisəni mətbuatdan gizləmək mümkün deyil. Bütün tədbirlər sistemi düşünülüb.


Beləliklə, hər hansı razılaşmanın imtina etməsi təəssüf ki, Azərbaycan tərəfinin pis bir ənənəsidir.

— Yəqin ki, kimsə sizi ermənipərəst mövqedən ittiham edə bilər …

— Düşünməyin ki, mən Azərbaycanın düşməniyəm. Mən ermənilərlə də çox kəskin qarşıdurmalar yaşadım. Bir dəfə hətta atışma da baş verdi. 1993-cü ilin noyabr ayında mən yenilənmiş müqavilə layihəsi hazırladım. İlk Bakını, sonra İrəvanı və Stepanakerti ziyarət etməyə məcbur oldum. Mən Bakıya gəldim, düşündüm ki, orada hər şeyi iki günə bitirəcəyəm. Amma qalmağımı istədilər və bir həftə orada oturdum. Cədvəl dəyişdi. Bakıdan İrəvana birbaşa uçuş etmək qeyri-mümkün idi. Moskvaya qayıtmaq və yalnız oradan İrəvana uçmaq lazımdı. Sonra Heydər Əliyevə təklif etdim: «Vaxt keçməsin deyə qoşunların təmas xəttindən keçib gedim.»

Mənə bir avtomobil verildi, amma gəldiyimiz müddətdə artıq hava qaralmışdı. Azərbaycanlılar məni aparmaqdan imtina etdilər, gecəni orada keçirmək məcburiyyətində qaldım. Ertəsi gün azərbaycanlılar başqa bir ərazidən keçmək lazım olduğunu söylədilər. Amma o vaxt mobil telefonlar yox idi, mən Yerevana müraciət edə bilmirdim, mən Azərbaycan tərəfinin tam nəzarəti altındaydım. Sən demə, orada döyüşlər olmuşdu və Azərbaycan kəndlərini dağıtmışdılar. Ermənilər mənim bunu görməyimi istəmirdilər, ona görə də mənim oradan keçməyimə etiraz etdilər. Buna baxmayaraq getdik. Dayandıq, azərbaycanlı batalyon komandiri, ermənilərlə danışıqlar aparmaq üçün Cip göndərəcəyini söylədi. Biz dayanmışdıq, birdən atəş açdılar. Birincisi, avtomatik silahlardan, sonra toplardan atəş açıldı. Ermənilər Cipi də vurdular. Biz təpənin arxasında durduq, yaralanmadıq, amma o tərəfə keçə bilmədik. O dövrdə böyük bir skandal oldu, xarici işlər naziri Andrey Kozırev mətbuat konfransı keçirdi.

— Qarabağ münaqişəsinin həlli perspektivləri hansılardır?

— Bir çoxları Dağlıq Qarabağın taleyinin öz əhalisi tərəfindən müəyyənləşdirilməsinə dair ideyanı dəstəkləyirlər. Əgər referendum keçiririksə, onda onun nəticəsi aydındır. Əvvəllər orada yaşayan, əhazırda başqa yerdə məskunlaşmış azərbaycanlılar da bu referendumda səs verəcəyini düşünsək də ümumi əksəriyyət müstəqilliyə səs verəcək. Buna görə də İlham Əliyev, ümumiyyətlə referendumun keçirilməsini istəmir. Sualı da bu cür qoyur: «Bu bizim ərazimizdir və onu bizə verin». Bundan əlavə 1995-ci ildə Heydər Əliyevin hakmiyyəti dövründə Azərbaycan yeni konstitusiyasını qəbul etdi. Burada referendumların yalnız milli miqyasda keçirilməsi nəzərdə tutulur. Buna görə də, Qarabağda Azərbaycanın konstitusiyasına görə referendum keçirilə bilməz. Bəs bu, beynəlxalq təcrübədə necə həyata keçirilir?


Kvebekin müstəqilliyi haqqında referendumda, Kvebekin müstəqilliyinə bütün Kanada deyil, Kvebek səs verdi. Şotlandiyanın müstəqilliyi ilə bağlı referendumda Böyük Britaniyanı deyil, Şotlandiyanın seçiciləri səs verdilər. Kataloniyanın müstəqilliyi haqqında referendum keçirildikdə, bütün İspaniyaya deyil, Kataloniya səs verəcəkdi. Ancaq İspaniya da, Azərbaycan kimi, bu referendumu istəmir, çünki onun nəticəsi aydındır. Münaqişənin mahiyyəti budur.

2016-cı il

Bu xəbəri paylaşın: