Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsi Zəfər gününün ildönümü ilə bağlı tədbir keçirib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabunçu rayon şöbəsinin sədri Çingiz Abdullayev məlumat verib.

Tədbir iştirakçıları qazanılmış Zəfərin tarixi əhəmiyyətini qeyd ediblər. Fəal müharibə veteranları Fəxri fıərmanlarla təltif edilib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini İslam Səfərov iştirak edib.
Müharibə veteranları Zəfər günü münasibətiylə rayon veteranlarını, Ali Baş Komandanın rəhbərliyi ilə qalib Ordumuzu və Azərbaycan xalqını təbrik ediblər.


