«Şuşa» sənədli filminin təqdimatı keçirilib

Bu gün Beynəlxalq Muğam Mərkəzində Zəfər Günü ərəfəsində «SOCAR Media»nın dəstəyi ilə hazırlanmış «Şuşa» sənədli filminin təqdimatı keçirilib.


Filmdə əsas yeri Qarabağın ürəyi olan Şuşanın işğaldan azad olunması uğrunda misilsiz qəhrəmanlıq nümunələri göstərmiş qazilərin bu möhtəşəm hərbi əməliyyatlar haqqında xatirə və təəssüratları tutur.


Filmin çəklişləri, Şuşa ətrafındakı meşələrdə, qayalıqlarda və şəhərin içəri hissələrində aparılıb.


Şuşanın azad edilməsində iştirak etmiş əsgərin və zabitlərin keçdikləri şanlı yolu yenidən canlandırıb və həmin həyəcan dolu anları hadisələrin baş verdiyi məkanlarda yada salıb. Şuşaya ilk bayraq sanacan qəhrəmanlarımızın xatirələri filmin süjet xəttində yer alıb.
Ülü Öndər Heydər Əliyevin hələ illər öncə Şuşa haqqında dediyi sözlər və Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsinin gedişində Şuşa haqqında söylədiyi fikirlər filmin mahiyyətini təşkil edir.


Filmdə Şuşanın işğalının xronikası da nümayiş etdirilir.1990-1992-ci illərdə baş verən hadisələr haqqında məlumat verilir.
«Şuşa» sənədli filmi «SOCAR Media»nın sifarişi ilə «Qulp Studio» tərəfindən hazırlanıb. Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri İntiqam Cəfərovdur.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) NTK-nın sədri Niyazi Quliyev, AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Birliyin üzvləri, müharibə iştirakçıları, ictimayət nümayəndələri iştirak ediblər.

Azad Musayev

Bu xəbəri paylaşın: