Vətənpərvərlik tərbiyyəsinə diqqət artırılmalıdır

Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışında deyib: «Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi».


Ölkə başçısının bu çağırışı məktəblərdə çalışan müəllimlərin fəaliyyət proqramına çevrilməlidir. Məktəblər cəmiyyətin doğulduğu yerdir. Vətənpərvərlik tərbiyyəsinə diqqət daim artırılmalıdır.

Uşaqların 44 günlük Vətən müharibəsi günlərində fəal vətəndaş kimi sosial şəbəkələrdə özlərini təsdiq etmələri və müharibə sonrası günlərdə şəhidlərimizlə, qazilərimizlə və şəhid ailələriylə bağlı tədbirlərdə məktəblilərin fəal olmaları çoxlarımızın iftixar yerinə çevrilib. Belə şagirdlərdən biri də qəhrəman Tərtərdə yaşayan Cəfərli Xəyalə Xəyal qızıdır.


Xəyalə Cəfərli dərslərini yaxşı oxumaqla yanaşı, həm də vətənlə, bayraqla və şəhidlərimizlə bağlı dediyi şeirlərlə tanınır.


Onun ibtidai sinif müəllimi Nərgiz Dostuzadə müəllimlik peşəsini sevən və öz işinə yaradıcı yanaşan müəllimlərimizdəndi. Tərtər şəhər Ə. Məmmədov adına 1 nömrəli tam orta məktəbdə dərs dediyi uşaqlara ilk öncə kecdiyim dərslərii sevdirməyə çalışır.


Nərgiz Dostuzadə deyir: «Mən elə düşünürəm ki, əsas vəzifəmiz uşaqlarda dərsə, təhsilə maraq oyatmaqdı. Dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Əyləncəli oyunlar, yarışlar keçirirəm. Uşaqlarda vətənpərvərlik hisslərinin aşılanmasında isə tədbirlərin keçirilməsinə önəm verirəm. Vətənpərvər ruhda şagirdlər yetişdirməyə çalışıram. Bir müəllim kimi şagirdlərimin hamısı mənə doğma və əzizdir. Belə fəal şagirdlərimdən biri də Cəfərli Xəyalə Xəyal qızıdır. Xəyalə sakit xarekteri, yüksək intellekti və savadı ilə seçilir. Çox mehriban, düşüncəli şagirdimdir. Keçilən dərslərdə aktiv iştirak etməklə yanaşı, keçirilən tədbirlərdə fəal iştirak etməyə can atır. Belə şagirdlərin parlaq gələcəyinə inanıram».


Xəyalə Cəfərli vətənpərvərliklə bağlı şeirləri söyləyərək sosial şəbəkələr üzərindən paylaşımlar edir. Dərslərini yaxşı oxumaqla yanaşı keçirilən bütün tədbirlərdə iştirak edir. İnanırıq ki, bu cür nəsli yetişən bir məmləkət bir daha yenilməyəcək və daim bayrağımız olduğu ucalıqda dalğalanacadır.


Uğur olsun, Xəyalə!


Elnur Səlim

Bu xəbəri paylaşın: