TƏBRİK: RZAQULİYEV XAQANİ ƏDƏB ÖĞLU — 58

Tarixin müxtəlif dönəmində, eləcə də 20-ci əsrin sonlarında müstəqil dövlətmizi qurmaq, əsasən vətənpərvər ziyalılarmızın ən böyük arzusu və istəyi olmuşdur. Bütün bunlarla yanaşı, bu zaman kəsiyində sosial həyatda baş verən ictimai-siyasi dəyişiklər fonunda cəmiyyətətmizin bəzi üzvlərinin mənəviyyatında gedən deformasiyalar özünü açıq bürüzə vermişdir.

Ömürün qızıl kimi anlarını çayxana və ya küçələrdə boş-boşuna, səmərəsiz keçirmək mənəvi təzahürlərə alüdəçilik kimi çatışmazlıqlar dediklərmizə əyani sübutdur: Lakin bütun bunlardan fəriqli olaraq, əsil vətənpərvərliyi və faydalı əməlləri ilə öz insanlıq və dövlətimiz üçün öz vəzifə borclarının öhdəsindən vicdanla gələn vətəndaşlarımız coxluq təşkil etmiş və bu gunun özündə də bu tendensiya mövcuddur .


Onlar xalqımızın və millətimizin hər işinə yarayaraq kecid dövrünün bütün çətinliklərinə, mərdliklə, fədakarlıqla sinə gərib öz məhsuldar bilik və baçarığnı dövlətmiz, cəmiyyətimiz üçün heç zaman əsirgəməyiblər.


Bu cür ictimai fəal, vəzifə sahiblərindən biri də 2-ci dərəcə Vətən müharibəsi əlili, ölkənin döyüşərək, əlil olmuş ilk jurnalisti Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətubat Xidmətinin rəhbəri, Veteran.az, Fədai.az, Veteran TV internet resurslarının yaradıcılarından olan Rzaquliyev Xaqani Ədəb oğludur.


Xaqani bəyin 58 yaşı tamam olur. O, Bayraq Günü — 9 noyabr 1963 -cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində dünyaya göz açıb.

1978-1982-ci illərdə Şuşa şəhəri Mədəni Maarif Məktəbini, 1994-cü ildə isə Bakı Dövlət Ünverstetinin jurnalistika fakültəsini bitirib.


O, 1982-1984- cü ilərdə Sovet ordusunun Ukrayna respublikasında yerləşən hərbi hissədə mühəndis-istehkamçı kimi müdddətli həqqi hərbi xidmətdə olub. O, müxtəlif illərdə, müxtəlif vəzifələrdə-Ağdərə rayonunun Xatınbəyli kəndində hərbi rəhbər (1987-1989), Ağdərə rayonunun Gəncxana qəsəbəsində 21 yaşında məktəb direktoru (1984-1987), «Gənclik» jurnalında ədəbi işçi və şöbə müdiri (1989-1994) vəzifələrində çalışıb.


Xaqani Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib və «Vətən Müharibəsi» adının seçilməsi təklifi onun adıyla bağlıdır.


Xaqani bəy 12 mart 1992-ci ildə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Ürəyi daimi Vətən eşqi ilə döyünən bu fədakar insan ictimai fəal kimi bu gün də gənc nəslin ideoloji olaraq vətənpərvər ruhda tərbiyəsinə çalışmaqdadır. Onun pubilistik məqalələri və tarixi araşdırmaları yardıcılığının əsasını təşkil edir. O, «Türkçülükdə «Səlcuqlu» xəstəliyi», «Unudulmuş Turanın col çiçəkləri», «Ağdərədə nələr oldu?», «Dilin tarixi, tarixin dili» və.s çap olunmuş və olunmamış kitabların müəllifidir.

Həyatda insan taleyi ilə bağlı olan bütün işlərin məsuliyyətini dərindən dərk edən Xaqani müəllim harada hansı vəzifədə calışmasından asılı olmayaraq milli dəyərlərmizin və mədəni irsimizin qorunub saxlanılmasını eyni zamanda bu kimi keyfiyyətlərin gənc nəsilə aşılamasını özünə vətəndaş öhdəliyi hesab edir. Dölətciliymizin möhkəmləndirilməsi naminə var qüvvəsi ilə usanmadan calışır.


Xaqani Rzaquliyev 44 günlük Vətən Müharibəsi günlərində və ondan sonrakı günlərdədə daimi ordumuzun, qəhrəman müharibə iştirakçılarımızın, döyüş bölgələrindək hərbiçilərmizin yanında olmuşdur. Qələmi ilə, öz mənəvi dünyası ilə onların cəmiyyətdə adaptasiya olunmasına çalışmaqdadır, şəhidlərimiz və qazilrimizlə bağlı bir çox məqalələri bir çox mətbu orqanlarda işıqlandırır.


O, çalışdığı pedoqoji sahədə, jurnalistikada, ictimai fəaliyyətində, yaradıcılığında, dövlətclik ,vətənpərvərlik ideyalarının təbliğinə həmişə xüsusi diqqət yeitrib, gənc nəslin mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması yolunda öz əməyini əsirgəmir.


Azəbaycançılıq məfkurəsinə sadiq olan vətəndaş kimi milli birliymizin möhkəmlənməsinə öz töhfəsini verməyə daimi səy göstərir. Beləcə, uzun illərin yorğunluğu Xaqani bəyin saçını, təmiz, pak əməlləri isə üzünü ağ edibdir.

Dəyərli ziyalımız Xaqani Rzaquliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından səmimi qəlbdən təbrik edir, Vətənə şərəfli xidmət və ömür yollarında yenilməzlik, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və yeni yaradıcılıq naliyyətləri arzulayiram.


Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, XAQANİ BƏY!


BİR İL DƏ BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ, «ZAMAN TEZ KEÇİR» DEYƏ. UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM NƏ «MÖCÜZƏ İLDİ» DEYƏRSƏN. BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ, XOŞBƏXT İLLƏRƏ…


Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyinin (AVMVİB) sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: