Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
8 Noyabr – Zəfər Günü münasibətilə Xocavənd rayonunda tədbir keçirilmişdir. Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
8 Noyabr – Zəfər Günü münasibətilə Beyləqan rayonunda tədbir keçirilmişdir. Tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhid baş leytenant Əbdül Qardaşxan oğlu Quliyevin Anım mərasimində iştirak ediblər.
Şəhid Əbdül Quliyev 1972-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olub. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və 8 noyabr 2020-ci ildə Şuşada şəhid olub. Onun Vətən qarşısında xidmətləri «İgidliyə görə» və «Rəşadət» medalıyla təltif olunub.
AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı veriblər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd-Beyləqan










