Füzuli rayonunda Xatirə Bulağının açılışı olub

Füzuli rayonu Zobucuq qəsəbəsində şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş Xatirə Bulaq kompleksinin və Şəhidlər parkının açılışı olub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov məlumat verib.

Açılışda rayon şöbəsinin üzvü olan müharibə veteranları iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir,
Füzuli

Bu xəbəri paylaşın: