Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü, Birliyin yaranmasında xidmətləri olan, Qarabağ döyüşlərinin iştirakçısı Fərman Şairovun 58 yaşı tamam olur.
Fərman Şairov, qəlbi Vətənlə çırpınan müharibə veteranlarımızdandı. Türk Birliyi və Turan yolunun yolçusudur. Bu gün reallaşmaqda olan arzular kimi bütün istəklərin çin olsun!
Ad günü münasibətiylə Fərman Şairovu təbrik edir, uzun ömür, xoş günlər, can sağlığı və yubileyini Göyçədə, Xankəndidə qeyd etməsini arzu edirik.
Bütün gözəlliklər sənin olsun.
100 yaşa, FƏRMAN BƏY!
AVMVİB RƏHBƏRLİYİ VƏ FEDAİ.AZ KOLLEKTİVİ
Təbriklərə Türkay, Atilla, Turan, Sabutay, Nurşən, Elturan da qoşulurlar.




Bu xəbəri paylaşın:




