AVMVİB Mingəçevir şəhər şöbəsində

Mingəçevir şəhərində də Zəfər Günü coşquyla qeyd olunub.


Şəhərdə yaşayan müharibə veteranlarımız tədbirlərdə iştirakla yanaşı veteranların toplantısını keçirib və fəal AVMVİB üzvlərini mükafatlandırıblar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


Həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsi iştirakçılarının birgə toplantısında çıxış edən Natiq Həsənov Zəfərin qüazanılmasında ordumuzun və Ali Baş Komandanımızın qətiyyətli strategiyasından və bu Zəfərin tarixi əhəmiyyətindən danışıb. Çıxış edənlər Azərbaycan xalqını, müharibə veteranlarını bu böyük gün münasibətiylə təbrik ediblər.

Daha sonra AVMVİB Mingəçevir şəhər şöbəsi üzvləri mükafatlandırılıb.

Elnur Səlim

Bu xəbəri paylaşın: