Biləsuvar rayonunda da müharibə veteranları Zəfər Gününü coşquyla qeyd ediblər.
AVMVİB üzvü olan müharibə veteranlarımız tədbirlərdə iştirakla yanaşı, veteranların toplantısını keçirib və fəal AVMVİB üzvlərini mükafatlandırıblar.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.
Qurban Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsi günlərində cəbhəyə göstərdikləri yardımlara görə Elxan Əliqulu oğlu Əliyev və Ramil Müqəddəs oğlu Əsgərov AVMVİB-nin Fəxri fərmanıyla təltif ediliblər.
N. Məmmədli

Bu xəbəri paylaşın:
