Ermənilər indi də 44 metrlik xaç düzəldiblər

Görəsən bizim 44 günlük müharibədə əldə etdiyimiz möhtəşəm qələbəni ZƏFƏR günü kimi qeyd etdiyimizi əzəli düşmənimiz olan ermənilər necə qarşılayıblar? Onlar nə ediblər?

Təbii ki, onlar da öz xislətlərinə sadiq qalaraq boş durmayıblar, onlar da 44 metr hündürlüyündə bir XAÇ düzəldiblər. Adını da qoyublar ki: «44 günlük müharibədə ölmüş ermənilərin xatirəsinə həsr olunmuş müqəddəs XAÇ».

Şəkildə gördüyünüz kimi, bu xaç o qədər böyükdür ki, onun yaxınlığında olan, ermənilərin «ALLAHIN evi» adlandırdıqları, erməni kilsəsi bir «domik» kimi görünür.

Elə buna görə də bir çox erməni buna etiraz əlaməti olaraq öz narazılıqlarını aşağıdakı kimi bildiriblər: «Biz xristianlıqdan uzaqlaşdıqca xaçlarımız çoxalır və böyüməyə başlayır».

Başqa bir erməni deyir: «Bu xaçı qurmaqla erməni xalqının problemləri həll olunacaq? Yoxsa daha da pis olacaq?»

Qaregin Miskaryan adlı bir erməni isə daha da irəli gedərək yazır: «Yaxşı olardı ki, o xaçı eləcə yerə uzadaydınız ki, KOSMOSA çıxanlar da görəydilər və bizi daha yaxşı tanıyaydılar. Hə DOSTLAR, bu da bizim bədxah qonşularımız»…

Hansı ki, mən həmişə onların sərsəm yazılarına cavab verəndə deyirəm: «Siz hər hansı bir işi görəndə onun nəticələri barədə yaxşı fikirləşin sonra qərar verin.»

Amma nə fayda, sanki daşa deyirsən.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: