Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Müharibə veteranları Beyləqan rayonu Kəbirli kəndində şəhid gizir Famil Şiraslan oğlu Həsənzadənin ailəsini ziyarət ediblər.


Şəhid ailəsinə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından başsağlığı verilib və şəhidin Vətən qarşısındakı xidmətlərinə görə AVMVİB — nin Fəxri fərmanı və Xatirə medalı şəhidin atası Şiraslan Həsənova təqdim edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun bildirdiyinə görə, tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev iştirak edib və şəhid ailəsinin problemləriylə maraqlanıb.

Elə həmin gün — 8 noyabrda şəhid olmuş digər bir şəhidimiz Qəhrəman Bəhmən oğlu Rzayevin də Anım mərasimi keçirilib.
Şəhid Qəhrəman Bəhmən oğlu Rzayev 16.10.1996-cı ildə Kəbirli kəndində anadan olub. Cəbrayıl və Qubadlı rayonlarının düşmən işğalından azad edilməsində şücaətlər göstərib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB adından Fəxri fərmanı şəhidin qardaşına təqdim edib.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyriləcək.ətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov iştirak edib. O, bildirib ki, şəhidlərimizin Anım tədbirləri və adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan



