Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) beşinci nəsil TF-X qırıcısının layihəsi üzərində işləri 2022-ci ildə başa çatdıracaq və 2028-ci ildə seriyalı istehsala keçmək niyyətindədir.
Fedai.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə CNN Türk telekanalının efirində şirkətin baş direktoru Temel Kotil məlumat verib.
“18 mart 2023-cü ildə beşinci nəsil təyyarə öz mühərriklərini işə salacaq. Yəni 2022-ci ildə hazır olacaq. Layihə üzərində minədək mühəndis işləyir və biz indi hissələrin istehsal mərhələsindəyik. 2028-ci ilə qədər seriya istehsalına başlamağı planlaşdırırıq. Bu, 2020-ci illərin texnologiya təyyarəsidir “- o qeyd edib.
Bu xəbəri paylaşın:
