ƏSL DÜŞMƏN KİMDİR?

ELBARİZ Məmmədli

Azərbaycan əsgərinin və xalqının zəfər duyğusuna ikrah və şübhə ilə yanaşanlar, diqqətlə dinləyin. Görürsünüz, nələr baş verir? İrəvan ayaq üstədir, Şuşa ətrafına silahlı birləşmələr toplanır, Kəlbəcər atəşə tutulur. Sosia şəbəkələrdə bu hərəkətliliyi hər danışan bir cür yozur. Deyəndə ki, son savaşımızda ən çox uduzan Rusiya, İran, Fransa, ABŞ və bir çox regionun qarışmasında maraqlı olan dövlətlər oldu, Azərbaycanda hər siyasi qüvvə bunu özünün güvəndiyi xarici maraqlara görə yozmağa başladı.

Düşük ermənilər isə bütün tarix boyu olduğu kimi, yenə ortaya atılıb əzilməkdən başqa heç nə qazanmadılar. Erməninin kənar havadarlıqdan başqa nəyi vardı ki, bizimlə savaşa girsin? Bu soysuz toplum tarixin bütün mərhələlərində şərin yedəyində olmaqla, özünün onsuz da lənət ünvanı olan kimliyini itirib. İndi də həmin niyyətin və hərəkətin içindədirlər. Əslində Qarabağ ermənilərdən daha çox, onların ağası Rusiyaya lazımdır və bütün olaylar rusların işğalçı niyyətindən qaynaqlanır.

Məlumdur ki, xalqın seçimi ilə hakimiyyətə gələn Paşinyan erməni hiyləgərliyi ilə müəyyən oyunlar oynasa da, zamanın heç də ermənilərin xeyrinə olmadığını bilirdi. Qoşulub uduzduğu müharibədən sonra belə xalqın ona etimadı dəyişmədi. Bu da şübhəsiz ki, Rusiyanın maraqlarına uyğun deyildi. Cinayətkar Köçəryan və dəstəsinin İrəvanda ayaqlandırılması bax, bununla bağlıdır.Ötən ilin noyabrında imzalanmış sazişə uyğun olaraq, bu günlərdə Azərbaycan, Ermənistan və Rusiyanın dövlət rəhbərləri arasında keçirilməli olan görüşün son anda təxirə salınması bizi hərtərəfli hazırlığa məcbur edir. Çünki sazişdə qəbul edilən müddəalar yerinə yetirilməyib. Torpaqlarımız tam işğaldan azad olunmayıb. Sərhədlərin müəyyən edilməsində tərəddüdlər var. Zəngəzur dəhlizinin açılmasının nə qədər real olacağına hələlik zəmanət yoxdur. Bölgəyə yerləşmiş rus hərbi kontingentinin bütün hərəkətləri Azərbaycanın əksinədir. Yəni, Türkiyənin fədakar rolundan qeyzlənən Rusiya yenidən hadisələrin axarını qaranlığa yönəldir. İrəvandakı hadisələrin xeyir-duasını da onlar verib.

Belə bir məqamda Azərbaycanda siyasi səhnənin olduqca bulanıq təsir bağışlaması, ürəkaçan hal deyil. Kiminsə şübhəsi olmasın ki, sabah bizdə də köçəryansayağı bir çingiz ildırım çıxa bilər və rusların faşist niyyətlərinin avanqardına çevrilər. Çünki ruslar sovet rejiminin süqutundan sonra belə , burda öz agent şəbəkəsini qoruyub möhkəmlədə bilib. Hamımızın dəhşət içində izlədiyimiz Tərtər qətliamı bunun əyani sübutudur. Özü də bu şəbəkə bütün idarəçilik strukturlarını əhatə etdiyindən , xalqla dövlət arasında inamsızlıq sindromunu möhkəmlətməyə yönəlib. Əks halda, Şəhid və Qazilərə belə hörmətsiz münasibət sərgilənməz, savaşdan zəfərlə çıxmış millətə bu cür münasibət göstərilməzdi.

Düşünürəm ki, növbəti dəfə düşmənlə savaşa girmək zərurəti yaranarsa, xalq təkidlə səfərbərliyi ilk olaraq, ona divan tutan məmurlara və onların övladlarına yönəltməlidir. Yetər, insanların heysiyyatı ilə oynadıqları.

Hadisələr gərgin müstəviyə yönəldilir. Hulusi Akar Paşanın təcili ölkəmizə gəlişinin arxasında da bilmədiyimiz məqamlar var.

Müttəfiqlərimizlə iş birliyini daha da intensivləşdirməli, hər tərəfdən əhatə olunduğumuz düşmən məkrindən çıxmalıyıq. Amma bizimlə savaşan əsl düşmənin kim olduğunu unutmamaq şərti ilə…

Ruslar özlərini elə aparırlar ki, guya Zəngəzur dəhlizi açılmasa belə onların ərazilərimizdə varlığı dəyişməz olaraq qalacaqdır. Əslində onlar buna niyyətlidirlər. Baxmayaraq ki, dəhlizin açılması , regionda varlığının möhkəmlənməsi və daha mənfəətli nəqliyyat xəttindən yarsrlanması baxımından ruslara daha çox lazımdır. Fəqət, ruslar hələ də güman edirlər ki, regionda general qubernator roluna malikdirlər və onların istəyindən kənarda heç nə ola bilməz. Təkcə Laçın dəhlizinin qapadılması bütün bu oyunlarda dönüş nöqtəsi ola bilər. Rus torpaqlarımızdan rədd olub getməlidir, vəssalam. «Qarı düşmən dost olmaz!» Xalqımız iç və kənar düşmənlərinə qarşı yalnız bu yolu tutmalıdır.

Bu xəbəri paylaşın: