Daha bir müharibə veteranımız Haqqa yürüdü.
Müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Milli Azadlıq hərakatının fəalı, Turan sevdalısı, Əfsanəvi I batalyonun kəşfiyyat rotasının könüllü döyüşçüsü Oqtay Xəlilli sıralarımızı tərk etdi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü Mücarib Abbasov məlumat verib.
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və döyüş dostları Oqtay Xəlillinin vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər. Başın sağ olsun, Vətən!..
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın:




