Beyləqanda şəhidlərə ehsan verilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Dünyamalılar kəndində şəhidlərə ehsan mərasimi təşkil ediblər.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailələrinə başsağlığı verib.


Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: