YOLUMUZ MƏSLƏKİMİZDİR

ELBARİZ MƏMMƏDLİ

SİTAT: …Bütün sistemlər və quruluşlar dəyişməyə məruz qala bilər. Amma dövlət və millət var olmalıdır. Özü də dostla düşməni seçib ayırmağı bacarmaq şərti ilə…

Son iki gündə bütün dünyanın diqqəti Türkiyə üzərində cəmləndiyi halda, Azərbaycanın siyasi arenasında ( bəzi istisnalar nəzərə alınmazsa) bu, o qədər də canlanma yaratmadı. Amma sosial şəbəkələrdə siyasilərdən fərqli olaraq, insanlar hadisəni böyük coşqu və sevinclə canlandırdılar.

İstanbulda reallaşan toplantı Türk Dövlətləri Təşkilatı adı ilə tarixə öz möhürünü vurdu. Xeyirli, uğurlu olsun! Hərçənd ki, bu haqda danışmağı hamı türkçülükdən ağıs dolusu danışan, parlament kürsüsünü və bir çox ədəbi, elmi, siyasi qurumları zəbt eləmiş zatlardan gözləyirdi. Danışmağı lazım bilmədilər.

Milli məsələdə heç də səmimi olmadıqlarını bir daha sübuta yetirdilər. Qısaca onu demək lazımdır ki, Türk varlığına düşmən kəsilənlər, TDT- nin təsis edilməsini milliyətçi yönə yozmaqla, başqalarında qıcıq yaratmaq meylinə qapılacaqlar. Çünki bu birlik gözləntiləri doğrultsa, dünyada ədalətsiz güc göstərilərinin qarşısında sipər olacaq, insanlığın ədalət səsinə çevrilmək haqqını qazanacaqdır. Bu Türklüyün mahiyyətindən doğan məsələdir və tarixin bütün mərhələlərində özünü sübuta yetirib. Doğrudur, Təşkilata daxil olan ölkələrdə kifayət qədər problemlər var.

Hakimiyyətlərlə cəmiyyətlər arasında münasibət heç də gözləntilərə həmahəng deyil. Hətta bəzi məqamlarda feodal təfəkkürü ilə idarəçilik metodlarının şahidi oluruq. Amma bir həqiqəti də unutmaq olmaz ki, bütün bunlar həmin cəmiyyətlərin problemidir və onu arzulanan istiqamətə yönəltmək də məhz onların vəzifəsidir.

TDT- nin yaradılması isə, tamamilə fərqli vəzifələrin və niyyətlərin reallaşmasına hesablanıb. İlk növbədə, dünyada hegemonluq niyyətlərindən əl çəkməyən ədalətsiz güc mərkəzlərinin qarşısına yeni və daha etibarlı bir gücün varlığını qoymaq, bununla da həmin gücləri işğal və istila niyyətlərindən çəkindirmək.Tarixin ən qədim qatlarından formalaşmağa başlamış, şərəfli yol keçmiş bir milləti özünün genetik keçmişi ilə doğmalaşdırmaq, Türk xalqları arasında elmi, mədəni, siyasi və iqtisadi münasibətləri üst səviyyəyə yüksəltmək, hər birinin haqqının və hüququnun qorunmasında səs birliyinə nail olmaq və.s.

Şübhəsiz ki, bu bütövlüyün əsasını hərbi birliyin mövcudluğu təşkil edir. Yəqin ki, yaxın gələcəkdə həmin istək də reallığa çevriləcəkdir. Eyni zamanda TDT- yə qarşı təpkilərin olacağı da gözləniləndir və bu da öz növbəsində Təşkilatda yer alan dövlətlərin artımı ilə nəticələnə bilər.Belə bir məqamda rusların Qarabağda çıxardığı özbaşınalıq, da anlaşılandır.

Ötən həftə düşmən ermənilər İrəvanda keçirdikləri mitinqdə Rusiyaya qarşı kəskin mövqelərini Lermontovun artıq aforizmə çevrilmiş «Прощай, немытая Россия!» ifadəsi ilə dünyaya çatdırdılar. Əvəzində nə oldu?

Erməni quldurlardan ibarət böyük dəstə Şuşa ətrafında hücuma cəhd edərkən yaxalandı və rus hərbçilərinin vasitəçiliyi ilə sərbəst buraxıldı. Bir erməni dığası rusların gözü önündə qumbara atıb üç əsgərimizi yaraladı.

Ruslar özlərinin ermənilərlə birgə soyqırıma məruz qoyduqları Xocalıda pravoslav kilsəsi inşa etdilər. Lermontov da daxil olmaqla, bir neçə rusun xatirə lövhəsini qanı daşlara hopmuş şəhərin bağrında ucaltdılar. Azərbaycan cəmiyyəti heç nə olmamış kimi, özünü reaksiyasızlıq sindromuna qərq elədi. Sual olunur, şimal donuzları Lermontovun lövhəsini niyə, Ermənistan ərazisində ucaltmadılar. Ermənilər qoymazdı, axı.

Deməli bizi zəif gördüyü üçün bütün murdar və xain əməllərini burda həyata keçirir. Onsuz da pus İmperiyası yaxın tarixdə məhvə məhkumdur. Amma biz , cəhənnəmə gedənə yoldaş olmamalıyıq. Türk dövlətlərinin təşkilatlanması İmperiyanın içində təlatümlər yaranmasına stimul verəcək. Odur ki, niyyət və arzu bir olmalıdır: Rədd olsun işğalçılar!Bu gün düşdüyümüz yol əqidə və məslək yoludur.

Bütün sistemlər və quruluşlar dəyişməyə məruz qala bilər. Amma dövlət və millət var olmalıdır. Özü də dostla düşməni seçib ayırmağı bacarmaq şərti ilə…

Bu xəbəri paylaşın: