Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız Beyləqan rayonu Əhmədli kəndində şəhid Fərid Güloğlan oğlu Vəliyevin Anım tədbirində iştirak ediblər.

Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı verib və AVMVİB adından Fəxri fərmanışəhidin atasına təqdim ediblər.
Şəhid DİN DQ Xüsusi Təyinatlısı Fərid Vəliyev Cəbrayıl rayonunun azad edilməsi uğrunda qəhrəmanlıqlar göstərmiş və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Onun döyüş xidmətləri bir sıra medallarla təltif olunub.

Anım mərasimində müharibə veteranları ilə yanaşı, Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, İcra Hakimiyyəti nümayəndələri, şəhidin döyüş dostları, kənd sakinləri də iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan


